Azedu.az

Türkiyədə ailə faciəsi - Ana və 5 uşağı yanaraq ölüb

Xəbərlər

20 Mart 2026, 14:13
Türkiyədə ailə faciəsi - Ana və 5 uşağı yanaraq ölüb

Türkiyənin Antalya vilayətində səhər saatlarında baş verən dəhşətli yanğın 6 nəfərin həyatına son qoyub.

AzEdu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, istixana təsərrüfatında çalışan əcnəbi işçilərin qaldığı konteynerlərdə baş verib.

Yanğın nəticəsində eyni ailədən olan 26 yaşlı ana və onun yaşları 4-9 arasında dəyişən 5 uşağı həlak olub. Məlumata görə, həlak olan ana 7 aylıq hamilə imiş.

Qeyd olunub ki, faciə zamanı daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır, digərlərinin müalicəsi davam etdirilir. İlkin ehtimala görə, yanğına söndürülməmiş manqal səbəb ola bilər.

Faktla bağlı açılan cinayət işi çərçivəsində artıq 3 nəfər saxlanılıb.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox