Azedu.az

Yeniyetmə qardaşların öldüyü hadisənin təfərrrüatları- YENİLƏNİB

Xəbərlər

20 Mart 2026, 17:48
Yeniyetmə qardaşların öldüyü hadisənin təfərrrüatları- YENİLƏNİB

Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

AzEdu.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.

Qeyd edək ki, yeniyetmələrin valideynləri Bakıda yaşayırlar. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gedibmiş. Ailənin elə iki övladı olub.

Faktla bağlı araşdırma aparılır.

 

11:26

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

AzEdu.az xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox