XƏBƏRLƏR

14.02.2020 14:51
Hədəf STEAM Liseyinin şagirdindən önəmli ixtira -"Ağıllı əlcək"

 “Ağıllı əlcək” ixtira edən Aqşin Əhmədli Hədəf STEAM Liseyində mükafatlandırılıb. Eyni zamanda, onun müəllimləri Eşqin Quluzadə, Məmməd Kərimli və Məhəmməd Mahmudov da təşəkkürnamə və pul mükafatı ilə təltif olunub.

 Bu günlərdə Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” IX Respublika Müsabiqəsində II yerin qalibi Aqşin Əhmədli olub. O, bu yerə Azərbaycanda önəmli ixtira hesab olunan “Smart hand”i düzəltdiyinə görə layiq görülüb. Bu ixtira danışma əngəlli insanlar üçün nəzərdə tutulan ağıllı əlcəkdən ibarətdir. Hədəf STEAM Liseyinin 10-cu sinif şagirdi olan Aqşin bu ixtiranı həyata keçirmək üçün ilham aldığı fikirdən bu cür bəhs edir: “Bir gün araşdırma edərkən öyrəndim ki, dünyada 7 milyondan çox danışma əngəlli insan var. Mən də bir anlıq düşündüm ki, onların sosial həyatdakı problemlərini necəsə minimuma endirmək olar və belə bir əlcək ixtira etmək qərarına gəldim”. Hazırda ağıllı əlcəyin mexaniki cəhəti və proqram təminatı təkmilləşmə prosesindədir. Hədəf STEAM Liseyi yaxın günlərdə Türkiyədə baş tutacaq bir elm tədbirinə dəvət alıb və Aqşin Əhmədlinin ixtirası “Smart hand” orada nümayiş olunacaq.