Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 12:56:00
Direktorların yerdəyişməsinə hansı hallarda icazə verilir? –Hüquqi əsas

Direktorların işə qəbul imtahanında iştirak etmək istəyən namizədləri maraqlandıran məsələlərdən biri də  yerdəyişmə prosesidir.

Direktor bir məktəbə təyinat aldıqdan sonra orada neçə il işləməsi şərtdir? Yeni təyinat alan direktor bunun üçün neçə il gözləməlidir?

AzEdu.az məlumat verir ki, qaydalara görə, müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır.

Həmin müddət başa çatdıqdan sonra birillik fəaliyyət barədə hesabat nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir.

Ümumi təhsil müəssisələrinin direktorlarının iş yerinin eyni rayon  daxilində və ya bir rayondan başqa rayona dəyişdirilməsi üçün yerli təhsili idarəetmə orqanı Təhsil Nazirliyinə təqdimat göndərir. Nazirlik tərəfindən bu qaydaların müvafiq bəndi ilə müəyyənləşdirilmiş tələblər gözlənilməklə və Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin rəyi öyrənilməklə müvafiq qərar qəbul edilir.

Təyinat almış direktor təyin olunduğu müəssisədə 3 ildən artıq işlədiyi halda nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir. Amma bu zaman onun işlədiyi müddətdə məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları