Azedu.az

AMEA-da “13-cü maaş” tətbiq olunsun” –Ekspertdən təklif

11 Dekabr 2019, 15:48
AMEA-da “13-cü maaş” tətbiq olunsun” –Ekspertdən təklif

 

 “Akademik Ramiz Mehdiyev AMEA prezidenti təyin olunduqdan sonra ondan gözləntiləri çoxalıb”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

O, Azərbaycan Milli Elmlər Akademiyasında 13-ü maaşın tətbiqinin vacibliyini və bu təkliflə çıxış etdiyini vurğulayıb:

“AMEA-nın əməkdaşları hörmətli Ramiz müəllimdən “13-cü maaş”ı istəyirlər. Bu addım atılsa, həm Sovet dövrü yada salınar, həm də bayram əhvalı yaranar. Hər halda ümid bəsləyək ki, bu addım atılacaq.

AMEA-da əməkhaqları az olduğuna görə,  Yeni il qabağı veriləcək “13-ü maaş” akademiya işçiləri üçün ciddi dəstək ola bilər.

Bu onlar üçün  yaxşı bir motivasiya qaynağı yaratmağa yol açaçaqdır. Çünki AMEA-nın sıravi əməkdaşları çox aşağı əməkhaqqı alırlar. Ramiz Mehdiyev nüfuzlu şəxsdir və o, bu addımı atmaqla  akademkiya işçilərinə müəyyən mənada dəstək ola bilər”.

Qeyd edək ki, "13-cü maaş" - ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd-işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır.

"13-cü maaş" anlayışı hələ sovet vaxtlarında yaranmışdır. Əslində bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar. Lakin, sovet vaxtlarında xalq arasında bu mükafata "13-cü maaş" deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat verilirdi.

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox