Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 16:33:00
“AXC ilə bağlı bu gün də yeni sənədlər tapılır, lakin...” –Alimdən çağırış

“Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı aparılan tədqiqatlar həmin tarixin tam olaraq əhatəli mənzərəsini əks etdirmir”.

Bu sözləri AzEdu.az-a açıqlamsında Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.

O, AXC  dövrü ilə bağlı aparılan tədqiqatlar haqqında fikirlərini söyləyib.

“Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı tədqiqat işləri müstəqilliyimiz bərpa edildikdən sonra geniş şəkildə araşdırılmağa başlandı. Bu istiqamətdə ,  monoqrafiyalar yazılıb. akademik nəşrlər işıq üzü gördü. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası iki cild olmaqla  nəşr edildi. Lakin bütün bunlar  həmin tarixin tam olaraq əhatəli tədqiqini əks etdirmir və AXC tədqiqatlarının bitmiş olduğu qənaətini doğurmur. Hazırda AMEA-nın Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsində  cümhuriyyət tədqiqatçıları bir araya  gəlib həmin  dövrün tarixinin daha da  dərin qatlarına enərək   yeni istiqamətlər müəyyənləşdirirlər. Çünki AXC ilə bağlı  yeni sənədlər aşkar edilir. Tədqiqatçılar xarici səfərlər zamanı  müxtəlif ölkələrin arxivlərində  həmin dövrlə bağlı yeni  arxiv sənədləri tapırlar. Bu sənədlər aşkarlandıqca    tədqiqatların dərinləşdirilməsinə də ehtiyac yaranır.

Bu baxımdan,   tədqiqatçıların qarşısında  yeni araşdırmalı mövzular  və istiqamətlər var. Ən əsas məsələ odur ki, gənc tədqiqatçılar  bu mövzulara müraciət etdikdə bir başa ilkin mənbələrdən  qaynaqlanmalı və lazım olan  metodoloji yanaşmaya  dərindən bələd olmalıdılar. Əks təqdirdə  onların tədqiqatları  ciddi qarşılanmayacaq və  dünya tarixşünaslığına  daxil edilməyəcəkdir.Bu baxımdan  çox önəmli   müzakirələr həyata keçirir və tədqiqatçılar qarşısında yeni vəzifələri bir daha  konkretləşdiririk”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları