XƏBƏRLƏR

14.09.2019 13:06
Dünyanın iki böyük ölkəsi kosmik zibilə qarşı birlikdə mübarizə aparacaq

Yaponiya və ABŞ-dan olan mütəxəssislər kosmik zibillə mübarizə üçün qüvvələrini birləşdirmək qərarına gəliblər.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün kosmik zibil problemi o qədər aktualdır ki, onun həlli variantları ən qısa müddətdə təklif edilməlidir. Məsələ ondadır ki, artıq indi astronomlar bildirirlər ki, müxtəlif dağıntılar onlara müşahidə aparmağa mane olur. Bundan başqa, orbitdə fəaliyyət göstərən kosmik aparatlar da çox sayda dağıntılarla toqquşmaq riskinə məruz qalır. Məhz buna görə də ABŞ və Yaponiya birgə səylərlə bu problemin həllində irəliləyişə nail olmaq qərarına gəliblər.

ABŞ-ın orbitdəki obyektlərə nəzarət edəcək bir izləmə sistemi hazırlayacağı bildirilir. Yaponiya isə kosmik məkanda zibil tutmaq üçün sistemlər açmağı planlaşdırır. Layihənin icra müddəti barədə mütəxəssislər hələlik heç nə bildirmirlər.(TED.az)

İlin gənc müəllimi-Müraciət formu