XƏBƏRLƏR

12.09.2019 11:20
Bu peşə məktəbinə tələbə qəbul davam edir

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə zərgərlik ixtisası üzrə tələbə qəbul davam edir.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, sənədlər 9 illik təhsil bazasından qəbul olunur. Təhsil müddəti 3 ildir. Mərkəzi bitirənlərə sonda attestat və diplom veriləcək.

Sənəd qəbulu 18 nömrəli peşə liseyində yaradılmış Apelyasiya Komissiyasında aparılır.

Xatırladaq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyasına sentyabrın 13-dək saat 10:00-18:00 arasında şəxsiyyəti təsdiqləyən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək olar.

İlin gənc müəllimi-Müraciət formu