Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 09:44:00
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi tez başa çata bilər - RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi 24 iyuldan tez başa çata bilər.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçən 50.697 nəfərdən təxminən 44 min nəfəri ərizələrini təsdiqləyib. Nəticədə isə keçən il müsabiqənin test mərhələsində 39 min nəfər iştirak edib.

Murad Camalzadənin sözlərinə görə, cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün qeydiyyatdan keçib ərizəsini təsdiqləyənlərin sayı ötən illə eynilik təşkil edərsə, test imtahanların iyul ayının 24-nə kimi davam etməsi gözlənilir.

Məlumata əsasən, əgər elektron ərizələrin təsdiqlənməsi ilə bağlı artım tempi indi müşahidə edildiyi kimi davam edərsə (red: ciddi fəalllıq müşahidə edilməzsə) müsabiqənin test imtahanı mərhələsinin 24 iyuldan tez başa çatması gözlənilir.

Qeyd edək ki, iyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin I mərhələsi iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.Müsabiqənin test imtahanı mərhələsinin 8-24 iyul tarixlərini əhatə edəcəyi planlaşdırılıb.