XƏBƏRLƏR

18.06.2019 11:00
Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri niyə gecikir?-SƏBƏB

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Xatırladaq ki, yerdəyişmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər.

Bəs yerdəyişmə müsabiqəsinin  nəticələrinin  gecikdirilməsinin səbəbi nədir?

Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

İnsan Resursları Mərkəzindən AzEdu.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, müraciətçilərin ərizələrinin sayı kifayət qədər çox olduğu üçün gecikmə halı baş verdi.

Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr açıqlanacaq. Qısa müddət ərzində  artıq bütün nəticələr namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na  əsasən təşkil edilir.

 

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu