Azedu.az

Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı onlayn apellyasiya təşkil ediləcək  

Qabiliyyət imtahanı

Dövlət İmtahan Mərkəzi (DİM)

22 Avqust 2021, 11:27
Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı onlayn apellyasiya təşkil ediləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilmiş qabiliyyət imtahanının nəticələrini elan edib.

 

AzEdu.az xəbər verir ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 23-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 22-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox