Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 16:44:55
DİM hərbi akademiyaya magistratura imtahanı keçirdi

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

Bu haqda AzEd.az-a DİM-dən məlumat verilib.

İmtahan saat 10:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahan prosesi təlimata uyğun şəkildə keçirilib. Namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün 71  namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.