Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 12:27:57
Məleykə Abbaszadə müəllimlərə irad tutdu: “Bəzən müəllimlər də bu işdə iştirak edirlər”

İşimizlə əlaqədər az olsa da şikayətlər alırıq. Yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq”

AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müəllimlərinin XV qurultayındakı çıxışında bildirib. O, DİM-ə gələn şikayətlərlə bağlı məlumat verib:

“İşimizlə əlaqədər az olsa da şikayətlər alırıq. Mərkəzə 2417 yazılı müraciət daxil olub. Yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Müəllim adını daşıyan şəxslər də bəzən bu prosesdə iştirak edirlər. Onlar ictimai müzakirələrdə yaxından iştirak etməlidirlər. Sosial şəbəkələr bizi diqqətli olmağa məcbur edir. Bununla bərabər şəxsi məlumatları qorumağa diqqət yetiririk”.

DİM sədri həm də bildirib ki, fiziki məhdudiyyətli şəxslərin mərkəzin xidmətlərindən digər vətəndaşlar kimi istifadə etmələri üçün bir sıra işlər görüləcək.