Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-16 09:50:24
Bu gün Elşad Eyvazlının doğum günüdür

Bu gün Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, "Modern" Media Qrupunun rəhbəri Elşad Eyvazlının doğum günüdür.

 

AzEdu.az xəbər verir ki, o, bu gün 51 yaşını tamamlayır.

 

Elşad Eyvazlı 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır.

 

Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb.

 

2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Portalının rəhbəridir. 2021-ci ildə onun rəhbərliyi ilə "MediaTürk TV" yaradılıb.

 

2019-cu ildən mərkəzi ofisi Ankarada yerləşən və dünyanın 45 ölkəsində təmsil olunan GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatının xarici məsələlər üzrə Məclis sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Elşad Eyvazlı Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

 

AzEdu.az komandası olaraq doğum günü münasibətilə Elşad Eyvazlını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK