Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-23 19:01:39
537 nəfər imtahanda iştirak etməyib

Məlum olduğu kimi, 2024-cü il 12 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

 

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzdən məlumat verilib. 

 

Mərkəzdən bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 24988 nəfərdən 537 nəfər imtahana gəlməyib.