Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 17:55:16
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, əvvəlcə məktəbin foyesində Goranboy şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Daha sonra təhsil müəssisəsinin akt zalına, yeməkxana və idman zalına baxış keçirilib. Məktəbdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib.

 

Bildirilib ki, məktəb binası 2021-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 810 şagird təhsil alır.