Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 20:30:00
5 Bakı məktəblisi ən yüksək bal TOPLADI

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

 

Belə ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmli, 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəyli, 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədli, 299 nömrəli məktəb-liseyin şagirdi Nərmin Ağazadə 300 bal toplayıblar.

 

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

 

Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.