Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-24 17:47:22
Fənn olimpiadalarının yarımfinalında Naxçıvan üzrə 338 şagird biliyini sınayıb

Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının ümumi təhsil məktəblərinin şagirdləri respublika fənn olimpiadalarının yarımfinal turunda iştirak ediblər.

 

 

AzEdu.az xəbər verir ki, yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 7 fənn üzrə keçirilib.

 

Bu turda 338 şagird bilik və bacarığını sınayıb.

 

 

Fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

 

 

Qeyd edək ki, respublika fənn olimpiadaları Elm və Təhsil Nazirliyinin “Kapital Bank”la əməkdaşlığı çərçivəsində keçirilir.