Azedu.az

LDU tələbələri Afyonda...

23 Fevral 2024, 15:45
LDU tələbələri Afyonda...

Lənkəran Dövlət Universiteti(LDU) ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan Şəndil İsmayılova, İsa Hüseynzadə, Sadiq Pənahlı və Pənah Əmənov 1 semestrlik (yaz semesterində) Afyon Kocatəpə Universitetində təhsillərini davam etdirmək şansı qazanıblar.

 

AzEdu.az xəbər verir ki, tələbələr artıq Türkiyədədirlər və Afyon Kocatəpə Universitetində qeydiyyatdan keçib tədris prosesinə başlayıblar. Tələbələrimizə uğurlar arzu edirik.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox