Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 14:32:11
Zorakılıqdan zərər çəkmiş 8 uşağa reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində  hazırda 14 şəxsə xidmət göstərilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, zorakılıqdan zərər çəkmiş 8 uşağa reabilitasiya xidməti göstərilir. 

 

Fərdi iş planı üzrə və  digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb.

 

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür. 

 

Ötən dövrdə burada 36-sı uşaq olmaqla 50 nəfərlə reabilitasiya işi aparılıb.