Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 12:45:35
Qəbul imtahan üzrə sınaq imtahanı keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2024-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.   

 

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.