Almaniyanın “Freie Universität Berlin” ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “The Berlin Graduate School Muslim Cultures and Societies” ali məktəbinin 2019-2020-ci tədris ili üzrə doktorantura təqaüd proqramı elan edilir.
Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, ali məktəbdə tədris ingilis dilində aparılır. Təqaüd proqramı ilə əlaqədar noyabrın 5-dək müraciət etmək olar.
Ətraflı məlumat: //www.bgsmcs.fu-berlin.de/en/index.html
Müraciət səhifəsi: //apply.drs.fu-berlin.de/bgsmcs/
Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi kimi elektron qaydada həyata keçirilir.