Azedu.az

95 tələbə tantunidən ZƏHƏRLƏNDİ

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

15 Yanvar 2024, 15:07
95 tələbə tantunidən ZƏHƏRLƏNDİ

Türkiyənin Kastamonu vilayətində Hüma Hatun Qızlar Yataqxanasında axşam saatlarında toyuq tantuni yeyən tələbələr səhər saatlarında ürəkbulanma və qusma şikayəti ilə təcili yardım çağırıblar.

 

AzEdu.az TRT-yə istinadən xəbər verir ki, tələbələr xəstəxanaya çatdırılıb.

 

Onlara qida zəhərlənməsi şübhəsi ilə tibbi yardım göstərilib. Tələbələrin ürək bulanması, qarın ağrısı və ishal şikayətləri ilə üzləşdiyi bildirilib.

 

Rəsmi açıqlamaya görə, hadisə nəticəsində 95 şagirdin qida zəhərlənməsindən təsirləndiyi, 72 şagirdin Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına köçürüldüyü, müalicələrinin davam etdiyi, heç birinin həyati təhlükəsi olmadığı aydın olub.

 

Hadisə ilə bağlı lazımi araşdırmalar davam edir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox