Azedu.az

ADNSU-da imtahan sessiyası davam edir

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

12 Yanvar 2024, 11:30
ADNSU-da imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Bu semestr yazılı, yazılı-şifahi şəkildə ümumilikdə 12.988 bakalavr, 2.835 magistr imtahan verəcək.

 

İmtahan üçün universitetdə bütün lazımi şərait yaradılıb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi vasitəsi ilə baş verə biləcək köçürmə və digər mənfi halların qarşısının alınmasına ciddi nəzarət olunur.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox