Azedu.az

MDU-da “Açıq qapı” günləri keçiriləcək

Ali təhsil

Maraqlı

8 Yanvar 2024, 11:42
MDU-da “Açıq qapı” günləri keçiriləcək

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.


Universitetdən AzEdu.az-a bildirilib ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı”
günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.


Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.


İlk “Açıq qapı” günü 2024-cü ilin 09 yanvar tarixində keçiriləcəkdir. Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox