Azedu.az

20 yaşlı gənc dostu tərəfindən bıçaqlandı 

Ali təhsil

Maraqlı

31 Dekabr 2023, 09:55
20 yaşlı gənc dostu tərəfindən bıçaqlandı 

Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub.

 

AzEdu.az xəbər verir ki, iki dost arasında dava qanla bitib.

 

Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

 

Qeyd edək ki, Q. Süleymanovun yaxınlarından aldığımız məlumata görə, bıçaqlanma söyüş üstündə baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox