Azedu.az

AzMİU-da “Gənc rəssamlar” dərnəyinin təşkilatçılığı ilə növbəti görüş keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

29 Dekabr 2023, 14:36
AzMİU-da “Gənc rəssamlar” dərnəyinin təşkilatçılığı ilə növbəti görüş keçirilib

AzMİU-da “Gənc rəssamlar” dərnəyinin təşkilatçılığı ilə rəssam Arslan Məmmədov ilə görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, görüşdə rəssam öz yaradıcılığı, rəssamlıq sənəti haqqında məlumat verib və tələbələrin suallarını cavablandırıb. 

 

Görüşün məqsədi tələbə gənclərin rəssamların yaradıcılığı ilə yaxından tanış olmasına bilavasitə imkan yaradaraq, onlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin təkmilləşməsinə dəstək vermək olub.

 

Daha sonra Arslan Məmmədov “Gənc rəssamlar” dərnəyinin üzvlərinin yaradıcılıq sərgisində nümayiş olunan rəsm işləri ilə tanış olub.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox