Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 20:10:19
Azərbaycanda ilk elmi-interaktiv muzey yaradıldı – “Hədəf”dən yenilik

“Elçin Abbasovla çox ciddi bir əməkdaşlığa başladıq. Neçə illərdir öz həyətində gənclər üçün klub yaradıb təmənnasız fəaliyyət göstərən bu möhtəşəm insan artıq Hədəf Liseyi Elmi İnteraktiv Muzeyinin qurucusu, keçiriləcək dərnəklərin rəhbəridir. Muzeyimiz yaxın günlərdə fəaliyyət göstərəcək. Əminəm ki ölkəmizdə başladacağımız bu layihə yaxın illərdə bütün rayonlarımızda açılacaq. Və bir gün tarixdə Azərbaycanda İlk elmi - interaktiv muzeyin banisi kimi Elçin müəllim xatırlanacaq!»

AzEDU.az xəbər verir ki, bunu “Hədəf” Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Şəmil Sadıq ictimaiyyəti yeni elmi layihələri barədə bilgiləndirərkən qeyd edib. O, “Hədəf” liseyinin  tərkibində yaradılacaq interaktiv muzeyi Azərbaycanın elm və təhsili üçün yeni uğur adlandırıb.

“Biz də bu işin start verilmisində dəstəkçi olduğumuz üçün, yeni “Smart Azərbaycanlı”nın yetişdirilməsində xidmətçi olduğumuz üçün şad olacağıq. Bu muzeydə həm də elmi klub fəaliyyət göstərəcək ki, elmə, texnologiyaya, fizikaya, kimyaya marağı olanları bir məkanda birləşdirəcəyik. Bu cür mərkəzləri xaricdə görəndə inanın çox təəssüflənirdim, indi isə çox sevincliyəm”.

Elmin Nuri