Azedu.az

Qəzada ölən gənc tələbə imiş...

Ali təhsil

Maraqlı

21 Dekabr 2023, 00:23
Qəzada ölən gənc tələbə imiş...

Xəbər verdiyimiz kimi, bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub, onlardan biri həyatını itirib.

 

AzEdu.az-ın məlumatına görə, ölən şəxs 2005-ci il təvəllüdlü Nazlı Rövşən qızı Hüseynovadır.

 

Piyada İmamrza Çingiz oğlu Sadıqzadə isə xəsarət alıb. Onun vəziyyəti qənaətbəxşdir.

 

Hər iki şəxsin Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox