Azedu.az

BMU- nun tələbələri ekskursiyada olublar

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

27 Noyabr 2023, 10:48
BMU- nun tələbələri ekskursiyada olublar

Bakı Mühəndislik Universiteti (BMU) Pedaqoji fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri “Norm Sement” zavodunda təcrübə gəzintisində olublar.

 

AzEdu.az xəbər verir ki, müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzinti zamanı tələbələrə zavodun əsas fəaliyyət sahələri, istehsal gücü, klinker və sement istehsalının keçdiyi proseslər barədə ətraflı məlumat verilib.

 

Ekskursiya iştirakçıları bərk cisimlər kimyası fənninin əsas tətbiq sahələrindən biri olan inşaat materiallarının hazırlanması prosesi ilə də yaxından tanış olublar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox