Azedu.az

BMU-nun əməkdaşları İtaliyada səfərdə olublar

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

23 Noyabr 2023, 17:23
BMU-nun əməkdaşları İtaliyada səfərdə olublar

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində bir həftəlik mübadilə prqoramında iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, BMU-nun Dövlət və idarəetmə kafedrasının müdiri Samir Quliyev, İngilis dili kafedrasının müəllimi Aysel Soltanova və Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Əhməd Əhmədzadə səfər zamanı Roma Sapienza Universitetinin dərs sistemi, sillabus hazırlama metodları və akademik heyətin araşdırma prinsipləri ilə tanış olub, həmçinin tələbələr qarşısında müxtəlif mövzular üzrə muhazirələrlə çıxış ediblər.

 

BMU əməkdaşlarının təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Təqdim olunan mövzularla bağlı tələbələrin sualları cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox