Azedu.az

Ermənistanda universitetdə partlayış olub, ölən və yaralananlar var

Ali təhsil

Maraqlı

17 Noyabr 2023, 11:44
Ermənistanda universitetdə partlayış olub, ölən və yaralananlar var

İrəvan Dövlət Universitetinin korpuslarından birində partlayış baş verib, ölən və yaralananlar var.

AzEdu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölən şəxs yaşıllaşdırma idarəsinin əməkdaşıdır. Partlayışdan sonra tələbələr sürətlə ərazidən uzaqlaşdırılıblar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox