Azedu.az

20 yaşlı tələbə yol qəzasında ağır xəsarət alıb 

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

17 Noyabr 2023, 08:50
20 yaşlı tələbə yol qəzasında ağır xəsarət alıb 

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 2003-cü il təvəllüdlü Mikayılov Mayil İsmayıl oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

 

Qəza zamanı M.Mikayılovu ayağı sınıb və müştərək travma alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və reabilitasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, adı çəkilən şəxs Bədən Tərbiyəsi Akademiyasının 3-cü kurs tələbəsidir. Dərsdən sonra o, taksi fəaliyyəti ilə məşğul olurmuş.

 

Hadisənin təfərrüatı araşdırılır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox