Azedu.az

UNEC alimlərinın kitabı sərgidə təqdim olunub

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

15 Noyabr 2023, 12:17
UNEC alimlərinın kitabı sərgidə təqdim olunub

9-cu Bakı Beynəlxalq Kitab Sərgisində UNEC alimləri tərəfindən hazırlanmış “Azərbaycanda Universitet-Dövlət-Sənaye əlaqələri: Kim nə istəyir” kitabının təqdimatı keçirilib. 

 

AzEdu.az xəbər verir ki, UNEC-in birinci daxili qrant müsabiqəsinin qalibi olan “Universitet-Dövlət-Sənaye əlaqələrində effektiv kommunikasiya problemi: Kim nə istəyir?” mövzusunda tədqiqat layihəsinin nəticələri əsasında yazılmış kitabın müəllifləri UNEC-in kafedra müdiri dosent Xətai Alıyev və Bakı Ali Neft Məktəbinin kafedra müdiri dosent Altay İsmayılovdur.

 

Təqdimat zamanı müəlliflər kitab barədə ətraflı məlumat verərək, tədqiqatın məqsədi, əhəmiyyəti və nəticələri barədə danışıblar. Eyni zamanda Universitet-Dövlət-Sənaye əlaqələrinin inkişafında beynəlxalq təcrübədən, ölkədə bilik əsaslı iqtisadiyyat quruculuğundan söz açıblar.

 

Çıxışlardan sonra suallar cavablandırılıb.

 

Qeyd edək ki, kitabları UNEC-in kitabxanalarında, eləcə də elektron kitabxanada (//library.unec.edu.az/) oxumaq mümkündür. 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox