Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-08 10:38:00
Deputatdan ÇAĞIRIŞ – “Erməni dilini öyrənin!”

Son dövrlərin ən çox diqqət mərkəzində olan mövzularından biri də, ümumorta təhsil müəssisələrində erməni dilinin tədrisi ilə bağlıdır. Bir çox mütəxəssisin fikrincə erməni dilinin tədrisi əhəmiyyət daşıyır.

 

Bəs ümumtəhsil müəssisələrində erməni dilinin tədrisi nə dərəcədə vacibdir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bu dilin tədrisinə xüsusi önəm verilməli olduğunu qeyd edib.

 

“Hesab edirəm ki, kütləvi deyil, amma Azərbaycanda bir sıra məktəblərdə, xüsusilə də ali təhsil müəssisələrində erməni dilinin tədrisinə ehtiyac var. Bəzi təmayüllü məktəblərdə və universitetlərdə bu dil tədris oluna bilər”. 

 

Deputat qeyd edib ki, hazırkı prosses mübarizəmizin hələ də davam edəcəyini göstərir:

 

“Bu mübarizədə məğlub olmamaq üçün bizim erməni dilində yaxşı bilən mütəxəssislərə çox böyük ehtiyacımız olacaq. Biz bu istiqamətdə çox ciddi iş aparmalıyıq ki, gənclər bu dili öyrənsin. Bunu reallaşması üçün ali təhsil müəssisələrində bu dil tədris olunmalıdır”.

 

C.Məmmədov Ermənistanı araşdıracaq tədqiqat mərkəzinin yaradılmasına ehtiyac olduğunu bildirib:

 

“Bu mərkəzdə Ermənistan araşdırıla, həm də erməni dili tədris oluna bilər. Hazırkı dönəmdə bu çox böyük əhəmiyyət daşıyan, vacib məsələlərdən biridir. Ermənistanda Azərbaycanı tədqiq edən mərkəzlər yaradılır, onlarda Azərbaycan dili tədris olunur.Gec qalmamaq üçün ölkəmizdə də bu istiqamətdə müvafiq işlər görülməlidir".

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları