Azedu.az

Təhsilalanlarla İş üzrə Komissiyanın sədri tələbə təşkilatlarının sədrləri ilə görüşüb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

20 Oktyabr 2023, 13:51
Təhsilalanlarla İş üzrə Komissiyanın sədri tələbə təşkilatlarının sədrləri ilə görüşüb

UNEC Elmi Şurasının Təhsilalanlarla İş üzrə Komissiyasının sədri, Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov tələbə rektor Aysel Rzazadə, Tələbə Elmi Cəmiyyətinin sədri Jalə Teymurlu, Tələbə Gənclər Təşkilatının sədri Fidan Qəhrəmanova, Rəqəmsal Könüllülər Təşkilatının sədri Cəfərisadiq İbrahimov, UNEC Könüllüləri Təşkilatının sədri Vüsal Quluzadə və UNEC Future Club-ın sədri Ülvi İbrahimov ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə dos. Mirağa Əhmədov təhsilalanların sosial fəaliyyəti, eləcə də tədris prosesi ilə bağlı mövcud durumları barədə təşkilat sədrləri ilə müzakirələr aparıb. Tələbə təşkilatlarının sədrlərinə təhsilalanların qarşılaşa biləcəkləri hər hansı problemlərin aradan qaldırılması istiqamətində, eləcə də tələbələrin sosial fəaliyyətlərə cəlb olunmasında fəal olmalarını töviyə edib

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox