Azedu.az

UNEC -də "Qızların Gücü" adlı voleybol turniri keçirilib

Ali təhsil

Maraqlı

18 Oktyabr 2023, 12:34
UNEC -də

UNEC Könüllüləri Təşkilatı və İdman Klubunun birgə təşəbbüsü, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə "Qızların Gücü" adlı voleybol turnirinin final mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in 2 saylı tədris binasının idman zalında keçirilən final oyununu tələbələrlə yanaşı, prorektor dos. Səadət Qəndilova, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov, tələbə rektor Aysel Rzazadə və İdman Klubunun məşqçiləri də izləyiblər.

 

Maraq və həyəcanla izlənən yarışda 2:0 hesabı ilə "Xarıbülbül" komandası 1-ci, "Yenilməzlər" komandası isə 2-ci yeri tutub.

 

Sonda qalib komandanın üzvləri təltif olunublar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox