Azedu.az

UNEC-də təlim: “Sahibkarlıqda İsveç modeli və Estoniya yanaşması”

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

17 Oktyabr 2023, 15:46
UNEC-də təlim: “Sahibkarlıqda İsveç modeli və Estoniya yanaşması”

UNEC-in tərəfdaşı olduğu ERASMUS+ KA2 fəaliyyət növü üzrə qalib olan ENGAGE layihəsi çərçivəsində “Xarici təcrübənin tələbələrə öyrədilməsi” üzrə ilk təlim keçirilib. 

 

AzEdu.az  xəbəbr verir ki, UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimovanın tələbələr üçün keçdiyi təlim “Sahibkarlıqda İsveç modeli” və “Sahibkarlıq fəaliyyətində Estoniya yanaşması” mövzularında olub. Təlim zamanı tələbələrə sahibkarlıq fəaliyyəti, onun ölkə iqtisadiyyatındakı rolu, xarici təcrübənin yerli sektorda tətbiqi barədə ətraflı məlumat verilib.

 

Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox