Azedu.az

AzMİU-da əməkhaqları artırılıb

Ali təhsil

Maraqlı

11 Oktyabr 2023, 17:21
AzMİU-da əməkhaqları artırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkhaqları artırılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə rektor müvafiq qərar qəbul edib.

 

Belə ki, professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20%, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15% artırılıb.

 

Qərara əsasən, AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqısı vergi tutulmalarından sonra 1 696 manat, dosentin əməkhaqqısı isə 1 404 manat təşkil edəcək.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox