Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 13:51:05
Bağça müəllimləri üçün təlimlər...

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün təlimlər davam edir.

 

AzEdu.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.

 

Təlimlərdə kurikulumla iş, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, liderlik və idarəetmə, məktəbəqədər təhsil modelləri və digər mövzular barədə ətraflı məlumat verilir.

 

Bakı şəhəri üzrə təlimlərdə 1 100 nəfərin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə təlim prosesinin gedişatını izləyiblər.

 

Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə keyfiyyətin yaxşılaşdırılmasından ibarətdir. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.