Azedu.az

UNEC - də isveçrəli tələbələrə sertifikatlar təqdim olunub

Ali təhsil

Maraqlı

3 Oktyabr 2023, 17:46
UNEC - də isveçrəli tələbələrə sertifikatlar təqdim olunub

İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin tələbələrinin UNEC-də 2 həftəlik təcrübə proqramı yekunlaşıb.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, intensiv təcrübə proqramında tələbələrə müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən silsilə təlimlər keçilib. Eyni zamanda isveçrəli tələbələrin dövlət və  özəl qurumlara səfərləri təşkil olunub. Təcrübə proqramının son günündə Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova tələbələrlə görüşərək, onların 2 həftəlik proqramla bağlı təəssüratlarını öyrənib. Tələbələr proqram çərçivəsində bir-birindən maraqlı mövzularda təlimlərin keçirildiyini, eləcə də dövlət və özəl qurumların fəaliyyətləri ilə bağlı böyük təcrübə əldə etdiklərini bildiriblər.

 

Sonda tələbələrə sertifikatlar təqdim edilib. 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox