Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 12:12:42
Peşəkar mühasib sertifikatı alamaq istəyənlər üçün imtahan...

8 oktyabr 2023-cü il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrә) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası”