Azedu.az

AzMİU-ya qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Ali təhsil

Maraqlı

26 Sentyabr 2023, 17:03
AzMİU-ya qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan və xarici dili ingilis dili olan tələbələr üçün səviyyə imtahanı keçirilir.

 

AzMİU-dan bildirilib ki, bütün ixtisasları əhatə edən imtahanlarda tələbələrin qrammatik bilikləri, akademik yazı və oxu bacarıqları yoxlanılır. Nəticələr “Elementary”, “Intermediate”, “Pre-intermediate”, “Upper intermediate” və “Academic” səviyyələr üzrə qiymətləndirilir.

 

İmtahanlar Strateji planlaşdırma şöbəsi və Əcnəbi dillər kafedrası tərəfindən birgə aparılır. İmtahan sualları Əcnəbi dillər kafedrasının müəllimləri tərəfindən yoxlanılır.

 

Qeyd edək ki, səviyyə imtahanlarının keçirilməsində məqsəd ingilis dilinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mütərəqqi təcrübələrin tətbiqi, eləcə də rəqabətqabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühitinin yaradılmasıdır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox