Azedu.az

Madrid Texniki Universitetinin professoru AzTU-da...

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

21 Sentyabr 2023, 16:55
Madrid Texniki Universitetinin professoru AzTU-da...

İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AzTU-dan məlumat verilib. 

 

Madrid Texniki Universiteti və AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışan qonaq bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Rektor Vilayət Vəliyev tədris və tədqiqat sahəsində universitetlər arasındakı əməkdaşlıqla yanaşı, yaşıl enerji texnologiyaları, informasiya texnologiyaları və sənaye elektronikası kimi sahələrdə müəllim və tələbə müdbadiləsinin aparılması, birgə layihələrin icrası və tədbirlərin keçirilməsinin də əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı müvafiq sahələrdə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb.

 

Məlumat üçün bildirək ki, ötən tədris ilində AzTU-nun magistrantları Madrid Texniki Universitetində dissertasiya mövzuları üzrə tədqiqat aparıblar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox