Azedu.az

Kollec məzunları dövlət qulluğu imtahanında iştirak edə bilər ? - Rəsmi 

18 Sentyabr 2023, 11:33
Kollec məzunları dövlət qulluğu imtahanında iştirak edə bilər ? - Rəsmi 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

 

 

Bəs kollec bitirən şəxslər bu imtahanda iştirak edə bilər?

 

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur.

 

 

 

“Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir”- deyə mərkəzdən əlavə olunub.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox