Azedu.az

Ankara Universitetinin professorları AzTU-da olub

Ali təhsil

Maraqlı

12 Sentyabr 2023, 09:05
Ankara Universitetinin professorları AzTU-da olub

Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

AzEdu.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

 

Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı istiqamətində birgə proqramlarda iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, daşınmaz əmlakın idarəedilməsi, layihələrin qiymətləndirilməsi və digər sahələrdə Ankara Universiteti ilə birgə tədqiqatların aparılması da müzakirə olunub. 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox