Azedu.az

UNEC-də müəllimlər üçün təlimlər keçirilir

Ali təhsil

Maraqlı

7 Sentyabr 2023, 16:38
UNEC-də müəllimlər üçün təlimlər keçirilir

“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də təlimlər təşkil olunacaq.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, təlim proqramı 42 saat olmaqla,  8-31 sentyabr tarixlərini əhatə edəcək.

 

Təlimdə  digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər.

 

Proqram üzrə təlimçilər:

 

Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru;                

 

Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri.

 

Təlimdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: //forms.gle/WCtesBYDTuG11tLA7

Əlaqə: 050 729 19 15

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox