Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 17:52:00
MÜJDƏ! -  I qrupda ballar enir, ödənişsiz yerlər artır  

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinə start verilib.

 

16 avqust tarixindən başlayan ixtisas seçimi bu ayın 28-nə qədər davam edəcək.

 

Məlumdur ki, ali təhsil müəssisələrinə qəbulun ən vacib mərhələsi, məhz ixtisas seçimidir. Burada abituriyentlərə olduqca diqqətli yanaşmalarını və ciddi araşdırma etmələrini tövsiyə edirik.

 

Təhsil və qəbul məsələləri üzrə ekspert Ramin Nuraliyev l ixtisas qruplarındakı mövcud durum  barədə AzEdu.az-a danışıb.

 

O qeyd edib ki, l ixtisas qrupunda vəziyyət elə də gərgin deyil:

 

“l ixtisas qurupunda 2 altqrup var. 1-ci qrupun riyaziyyat və informatika (Rİ) altqrupunda vəziyyət bir qədər yaxşıdır. Hesab edirəm ki, Azərbaycan və rus bölməsində sözügedən altqrup üzrə , xüsusilə də , dövlət sifarişli plan yerlərində 50 bala qədər düşmə nəzərdə tutulur. Çünki Nazirlər Kabineti abituriyentlərimiz üçün kifayət qədər dövlət sifarişli yer ayırıb.

 

 

Yenə də qeyd edim ki, keçən ilə nisbətən 50, 40,30 bala qədər enmələr müşahidə edəcəyik. l qrup rus bölməsində də Rİ altqrupunda ballar müyyən qədər aşağı enəcək. Abituriyentlərə tövsiyəm odur ki, dövlət sifarişli yerlərə üstünlük versinlər.

 

 

l qrupun riyaziyyat, kimya (RK) altqrupunda 290 baldan yuxarı toplayan abituriyentlərin dövlət sifarişli yerlərə qəbul olması mümkündür. Sözügedən nəticəni göstərən namizədlər düzgün seçim etsələr, pulsuz ixtisaslara qəbul oluna bilərlər. Onu da qeyd edim ki, RK altqrupunda həm Azərbaycan, həm də rus bölməsində müəyyən qədər ballar enəcək.

 

 

l ixtisas qrupunda imtahanın ikinci mərhələsində - blokdan 100 balı keçə bilməyən abituriyentlərin vəziyyəti gərgindir. Sözügedən namizədlər seçim zamanı çox diqqətli olmalıdır. Xüsusilə də, ümumi nəticəsi 200 bala çatan abituriyentlər regionlarda yerləşən ali təhsil ocaqlarını mütləq şəkildə seçimdə yazmalıdırlar”.