Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 13:27:00
I və IV qrupdan ən yüksək balı toplayanlar - ADLAR

I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edilib

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər –Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları Əliyeva Məhin Arif qızıƏliyeva Məhin Arif qızı göstəriblər.

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər 169 saylı orta məktəbinin məzunu Quliyeva Ləman Sənan qızına məxsusdur. O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 baldır.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu Həsənzadə Fəxri Anar oğlu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.