Azedu.az

Beynəlxalq yay məktəbində mühazirələr oxunub

Ali təhsil

Maraqlı

4 Avqust 2023, 13:17
Beynəlxalq yay məktəbində mühazirələr oxunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Enerji keçidində: Postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda beynəlxalq yay məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları üçün həm də “Orta Dəhliz və Şimal-Cənub” nəqliyyat dəhlizi və “Avropanın enerji təhlükəsizliyi” mövzularında mühazirələr oxunub.

 

Qeyd edək ki, ADNSU və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil olunan 5-ci beynəlxalq yay məktəbinə Azərbaycandan və Almaniyadan tələbələr qatılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox